”The New York Times” qəzeti ”Leyli və Məcnun”dan yazdı

Kaliforniyada “Mark Morris” Rəqs Qrupunun quruluşunda “Leyli və Məcnun” əsəri oynanılıb

Source:


Kaliforniyada “Mark Morris” Rəqs Qrupunun quruluşunda “Leyli və Məcnun” əsəri oynanılıb

Azərbaycanın istedadları yenidən ABŞ-ın xəbər icmalında yer alıb.

“The Nyu-York Times” qəzeti Kaliforniyanın Berkli şəhərində yerləşən Zellerbach zalında Mark Morris Rəqs Qrupunun quruluşunda “Leyli və Məcnun” tamaşası haqqında məqalə dərc edib.

“Ərəb, Fars, Azərbaycan və Hindistan mədəniyyətlərinin incisi sayılan bu klassik əsər indi transmədəni rəqs-dramaya çevrilərək Zellerbach Hall-da ictimaiyyətə təqdim olunub,” deyə müəllif Alastair Macaulay amerikalı oxucuları məlumatlandırır.

Onun sözlərinə görə, Mark Morris təkcə “Leyli və Məcnun”-u təqdim etmir, həm də onu “rituallaşdırır, çoxaldır”. Bütün vurğunun emosiyaya qoyulduğunu yazan Macaulay librettonun zənginliyini təsvir edir.

“Bəzən qrupda bir cütlük kişi və qadın qəhərmanı təmsil edir, bəzənsə səhnədə beş Leyli və beş Məcnun görürük.”

65 dəqiqə çəkən əsəri “vizual baxımdan gözəl” adlandıran icmal müəllifi səhnədə intensiv rənglərdən – sarı, yaşıl və qırmızıdan istifadəni bəyənir, Maile Okamuranın dizayn etdiyi kostyumların Leyli və Məcnunlara xüsusu çalar verdiyini yazır.

“Gözəllik qulaqlar üçün gözlər üçün olduğundan da möhtəşəmdir,” deyə Macaulay amerikalılara Üzeyir Hacıbəylinin yaradıcılığı haqda məlumat verir. “Cənab Hacıbəylinin yaradıcılığı Azərbaycan mədəniyyəti üçün mərkəzi rol oynayır.”

“Leyli və Məcnun”-u Qərbin sevgi əfsanələri kimi tarixə düşən “Lanslot və Quiniviyer”, “Tristan və Yseult” və başqa əsərləri ilə müqayisə edən müəllif yazır: “Bu səərlər kimi Leyli cə Məcnun da məhəbbət və ölümü, bədən və ruhu birləşdirir.”

“Bu iki performansa ləzzətlə baxdıqdan sonra mən Azərbaycan musiqisi ilə, ələlxüsus da Hacıbəylinin yaradıcılığı ilə tanışlığımı yeniləməyə can atıram,” Macaulay yazısını tamamlayır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yaydığı məlumata görə, təqdimat zamanı Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə opera üçün tərtib etdiyi musiqi ilə yanaşı, cənab Morris, Alim Qasımov, Coni Gandelsman və Kolin Yakobsen tərəfindən hazırlanmış aranjımandan istifadə edilib.

Mənbə: Amerikanın səsi

Ana səhifəXəbərlər”The New York Times” qəzeti ”Leyli və Məcnun”dan yazdı