Teyfurə Əliyeva: Prezident işi nəzarətə götürmüşdüsə, niyə həkimlər cəzalandırılmadı?

”Səhiyyə naziri Oqtay Şirəliyev həkimlərin arxasında dayandı və onları məsuliyyətdən azad etdi”

Source:


”Səhiyyə naziri Oqtay Şirəliyev həkimlərin arxasında dayandı və onları məsuliyyətdən azad etdi”

Prezident İlham Əliyev Avropa parlamentarilərilə görüşündə ötən ilin avqustunda dünyasını dəyişən ANN TV-nin əməkdaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Rasim Əliyev haqda da danışıb. O, Avropa Parlamentinin ötən il qəbul etdiyi qətnamədə yazılanlara etiraz edərək, bunları

deyib

:

“Guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə Prezident Əliyevi tənqid etdiyinə görə davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək, Bakıda xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə olub. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqid etməyib və hətta heç kim bu şəxsi tanımırdı. Bu, qəsdən manipulyasiya, mənim bununla əlaqəmin olmasına dair ittihamdır”.

Prezidentin dediklərinə mərhum jurnalistin anası reaksiya verib.

Bu barədə Meydan TV-yə açıqlama verən Teyfurə Əliyeva bildirib ki, prezident oğlunun faciəvi ölümünü nəzarətə götürmüşdü, lakin həkimlər kənarda qaldı və futbolçu Cavid Hüseynov yüngül cəzalandırıldı: “Əgər prezident oğlumun işini nəzarətə götürmüşdüsə, niyə həkimlər cəzalandırılmadı? Səhiyyə naziri Oqtay Şirəliyev həkimlərin arxasında dayandı və onları məsuliyyətdən azad etdi. Elə indi də oğlu ölmüş ana kimi prezidentdən xahiş edirəm.Dövlət başçısının nəzarətinə götürülmüş bu iş gərək dəqiq araşdırılaydı, həkimlər kənarda qalmayaydı, Cavid Hüseynov ciddi cəzalandırılmalıydı. Bizim narazılığımız yalnız bununla bağlı oldu”.

Rasim Əliyev öz “Facebook” səhifəsində”Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovu tənqid edən status yazdığına görə 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov hərəsi 9 il müddətinə azadlıqdan məhrum edilib.

Cavid Hüseynov isə 4 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərTeyfurə Əliyeva: Prezident işi nəzarətə götürmüşdüsə, niyə həkimlər cəzalandırılmadı?