İyulun 22-də bir qrup heyvansevər yenidən Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçirməyə cəhd edib. Onların cəhdinin qarşısı polis tərəfindən alınıb. İştirakçılar iddia edir ki, sahibsiz heyvanlar mərkəzə gətirilərək orada məhv edilirlər. Aksiya iştirakçıları mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparmasını, qapılarını könüllülərə açmasını, itlərin aqibəti haqqında onlara məlumat verməsini tələb edirlər. Heyvansevərlər Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündən post patrul xidməti tərəfindən 12-ci bölməyə aparılıblar.