Tərtərlə təmas xəttində divar tikiləcək

Elxan Şahinoğlu: ”Bu divarın tikintisinin mənbəyini son danışıqlarda axtarmaq lazımdır”

Source:


Elxan Şahinoğlu: ”Bu divarın tikintisinin mənbəyini son danışıqlarda axtarmaq lazımdır”

Azərbaycan hökuməti münaqişədən zərər çəkmiş və təmas xəttindən 3 kilometrlik məsafədə yerləşən Tərtər rayonunun Qaradağlı və Qapanlı kəndlərində yerli əhalini atəşdən qorumaq məqsədilə daş-beton divarlarının tikintisini planlaşdırır. “İnterfaks-Azərbaycan” yazır ki, Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik (AYBA) mühafizə daş-beton divarlarının tikintisi üçün təkliflər sorğusu keçirir.

Tikinti işləri Azərbaycan Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Meydan Tv-yə bildirib ki, bu cür tikililər əvvəllər də yerinə yetirilib: “Ancaq problem başqadır. Rusiya və Azərbaycan rəsmiləri də danışıqlarda sülhə yaxınlaşma olduğunu deyirlər. O cümlədən, Lavrovun Bakı səfərində bu barədə fikirlər səsləndi. Deməli, bu divarın tikintisinin mənbəyini son danışıqlarda axtarmaq lazımdır.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

E.Şahinoğlu Azərbaycanın alternativ variantlara hazır olmasını vacib sayır: “Mən danışıqların irəliləməsiylə bağlı fikirlərə nikbin yanaşmıram. Baxın, Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov sülhə mərhələli variant şəklində nail olunacağını söyləsə də, Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova onu təkzib etdi. Odur ki, Azərbaycan hakimiyyəti atəşkəsin pozulduğu ərazilərdə divarların inşasını diqqət mərkəzinə gətirir. Yəni gələcəkdə atəşkəs pozularsa, hökumət öz sakinlərini qoruya bilsin”.

Ana səhifəXəbərlərTərtərlə təmas xəttində divar tikiləcək