Tərtərdə partlayış: Ölən və yaralanan var

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Source: meydan.tv


Əl qumbarasının partlaması bir nəfərin həyatına son qoyub

Tərtər rayonunun Təzəkənd kəndində döyüş sursatının partlaması faciəyə səbəb olub.

"Report"un məlumatına görə, əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı hələlik rəsmi açıqlama yoxdur.

44499be7-8d9c-46f6-bb42-457e480b96de_640.jpg
Bərdə Rayon Mərkəzi Xəstəxanası
Ana səhifəSosialTərtərdə partlayış: Ölən və yaralanan var