Erməni hərbi birləşmələrinin top mərmiləri atması nəticəsində Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub və nəticədə binaya ciddi ziyan dəyib.
Binanın yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub. Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşınının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.
Ermənilər mülkü əhaliyə atəş açır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı
Sentyabrın 28-də, saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisi düşüb. Nəticədə Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar. 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
Həmin gün gündüz saatlarında isə erməni hərbi birləşmələrinin top mərmiləri atması nəticəsində Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub və nəticədə binaya ciddi ziyan dəyib.