İlham Əliyev: Daha 6 kənd işğaldan azad edildi (yenilənir)

Digər 5 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Source: Meydan Tv


17.56.


Azərbaycan dövlət başçısı oktyabrın 15-də 6 kəndin azad olunması haqqında “Twitter” səhifəsində məlumat paylaşıb:


"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

***


17.41.


Bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində ölənlərin sayı 4-ə çatıb.


Hadisə zamanı yaralananlardan biri – 1967-ci il təvəllüdlü İsgəndər Əmirov vəfat edib.

***


Daha 5 nəfər yaralanıb

Tərtər rayonu yenidən atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Ermənistan silahlı qüvvələrinin oktyabrın 15-də Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa atdığı mərmi dəfn mərasimi zamanı oraya toplaşan mülki şəxslərin ölümünə səbəb olub.

Baş Prokurorluğun yaydığı məlumata görə, 3 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.

Hadisə saat 13 radələrində baş verib. Həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Pərviz Orucov, 1962-ci il təvəllüdlü Vasif Rüstəmov və 1988-ci il təvəllüdlü Şakir Zamanov həlak olub. Digər 3 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Ana səhifəSiyasətİlham Əliyev: Daha 6 kənd işğaldan azad edildi (yenilənir)