Tərtərdə atəşkəsin pozulması ilə əlaqədar komissiya yaradılıb

Polis adi rejimdə işlədiyini deyir

Source:


Polis adi rejimdə işlədiyini deyir

Hazırda cəbhə bölgəsində olan jurnalistlər Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqil Məmmədovla görüşüblər. Jurnalistlərin suallarını cavablandıran icra başçısı deyib ki, atəşkəsin pozulması ilə əlaqədar komissiya yaradılıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin də daxil olduğu komissiya əhalinin maarifləndirilməsi, küçələrin işıqlandırılması və yolların düzəldilməsi kimi işlərlə məşğuldur.

Meydan TV əməkdaşının “əhalinin təhlükəsizliyi üçün xüsusi sığınacaqlar düzəldilibmi” sualına Müstəqil Məmmədov dəqiq cavab verməyib: “Elə bir şey olmayacaq. Sakitlikdir. Hətta dünən cəbhə xəttində toy vardı, ordaydıq”.

Tərtər rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəis müavini Məhərrəm Hüseynov da jurnalistlərə açıqlamasında bildirib ki, polis adi iş rejimində çalışır: “Adi qaydada işləyirik. Şəhid olanda polislərimiz gedib tabutu ailələrə təhvil verir. İctimai təhlükə yoxdur, vəziyyət normaldır”.

Ana səhifəXəbərlərTərtərdə atəşkəsin pozulması ilə əlaqədar komissiya yaradılıb