Tərtər hadisələrinin qurbanı olan şəxsin atası Nasir Əliyev: ” “Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu ancaq Tərtərin özündə baş verənləri araşdırır. Təəssüf ki, prokurorluq bu cinayət işi üzrə Tərtərin özündə yox, digər rayonlarda işgəncə görən, həbs edilənlərin işini saxladıb. O ki qaldı, 397 nəfərin zərərçəkmiş kimi tanınmasına, bu müddət ərzində mediaya çıxıb başına gələnləri danışan zərərçəkmişlər işə bərpa edilmirlər. Özünü gizli saxlayan, mətbuatda görünməyənlər isə işinə bərpa olunur. Müdafiə Nazirliyi burda da bir oyun qurub sanki”