Barselonadakı hadisəylə bağlı həbs edilənlərin sayı 3-ə çatıb
Polis Barselonada törədilən terror aktlarında şübhəli bilinən daha bir nəfəri saxlayıb.
TASS agentliyi yazır ki, əməliyyat Ripol yaşayış məntəqəsində aparılıb.
Nəticədə məlum hadisələrlə bağlı saxlanılanların sayı 3-ə çatıb. Yük avtomobili piyadaların üzərinə sürən sürücünü tapmaq hələlik mümkün olmayıb.
Polis həmçinin Kambrils şəhərində 4 terrorçunu zərərsizləşdirib. Atışma zamanı yaralanan terrorçu da bir müddət sonra ölüb. Zərərsizləşdirilən şəxslər Barselonada törədilən terror aktlarının davamı olaraq daha bir terror aktı törətməyi planlaşdırırmışlar.
Avqustun 17-də Barselonada sürücü idarə etdiyi yük avtomobilini piyadaların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, yüzdən çox şəxs yaralanıb. İŞİD hadisəyə görə məsuliyyəti üzərinə götürüb.