Terrorçuluqda təqsirləndirilən şəxsə hökm oxundu

İttihama görə, ”Əbdülxaliq” dini ləqəbli Fərid Sadıqov ali məktəblərdə terror keçirmək niyyətində olub

Source:


İttihama görə, ”Əbdülxaliq” dini ləqəbli Fərid Sadıqov ali məktəblərdə terror keçirmək niyyətində olub

Bakı Ağır Cinayətlər Məhkəməsində ali məktəblərdə terrorçuluq və digər cinayətlər törətmək istədiyi bildirilən Fərid Sadıqovun məhkəmə iclası başa çatıb.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə görə, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Əbdülxaliq” dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb, F. Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

Ana səhifəXəbərlərTerrorçuluqda təqsirləndirilən şəxsə hökm oxundu