Parisdə baş vermiş terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə APA-ya bildirib. Xəbər Azərbaycanın Parisdəki səfirliyinə Fransa Xarici İşlər Nazirliyindən daxil olub.
Zərərçəkənlərin şəxsiyyətinin araşdırılması davam etdiyi bildirilib.