“Tərəflər atəşkəs rejiminə riayət edilməsi üçün səylərini artırmalıdır”

ABŞ baş vermiş hadisədən xəbərdar olduğunu deyib

Source:


ABŞ baş vermiş hadisədən xəbərdar olduğunu deyib

ABŞ Dövlət Departamentin sözçüsü Cen Psaki cəbhə  xəttinin Ağdam istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulmasına münasibət bildirib.  O, keçirdiyi gündəlik brifinqdə baş vermiş hadisədən xəbərdar olduğunu söyləyib.

C. Psakinin sözlərinə görə, tərəflər münaqişənin sülh yollu ilə həll olunması, gərginliyin azalması, eləcə də atəşkəs rejiminə riayət edilməsi üçün səylərini artırmalıdır:

 “Biz Minsk Qrupunun həmsədr ölkəsi olaraq, tərəflərə kömək etməyə həmişə hazırıq və diplomatik kanallar vasitəsilə iki ölkəyə münaqişənin həlli üçün səylərin artırmasının zəruri olduğunu bildirmişik. Biz münaqişənin həlli yolunda fəaliyyətimizi davam etdirəcəyik”, – deyə C. Psaki qeyd edib. (apa.az)

Ana səhifəXəbərlər“Tərəflər atəşkəs rejiminə riayət edilməsi üçün səylərini artırmalıdır”