Tərəfdarları tərəfindən azad edilən Saakaşvili əhalini Maydana toplaşmağa çağırıb
Saakaşvili tərəfdarları avtomobilin qapılarını sındıraraq, onu hüquq-mühafizə orqanlarının əlindən alıblar.
O, öz ətrafı ilə birlikdə yürüşə başlayıb. Keçmiş qubernator Kiyev əhalisinə müraciət edərək, onları Maydana toplaşmağa çağırıb.
“Bir yerdə Ukraynanı Poroşenko və onun dəstəsindən azad etməliyik. Biz qorxmamalıyıq. Əksinə onlar bizdən qorxmalıdırlar”, Saakaşvilinin çağırışında
deyilir
. Ölkənin baş proluroru Yuri Lutsenko bəyan edib ki, Saakaşvili Ukraynanın eks-prezidenti Yanukoviçə yaxın olan Sergey Kurçenko tərəfindən
maliyyələşdirilir
.
“Kurçenkonun maliyə dəstəyi ilə Saakaşvili etiraz aksiyaları təşkil edirdi. Məqsəd hakimiyyətin ələ keçirilməsi və Yanukoviçə yaxın insanların itirdikləri aktivlərə yenidən nəzarət etmələri idi”, baş prokuror bildirib.
Saakaşvili özü bu bəyanatı yalan adlandırıb.
***
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Mixail Saakaşvilinin aparılmasına mane olmaq üçün onun tərəfdarları küçədə barrikada qururlar.
Bundan başqa tərəfdarlar bir neçə avtomobil vasitəsilə də yolu kəsiblər.
Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının 500-ə yaxın nümayəndəsi, Saakaşvilinin isə yüzlərlə tərəfdarı toplaşıb.
Tərəflər arasında artıq qarşıdurma da baş verib.
Belə ki, Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artem Şevçenko bildirib ki, Saakaşvili tərəfdarlarından beş nəfər, o cümlədən polis avtomobilinin şüşəsini daşla sındıran qadın saxlanılıb.
“Bir neçə nəfərə tibbi yardım göstərilib. Amma onların neçəsinin polis, neçəsinin aksiya iştirakçısı olduğu mənə məlum deyil”, – A.Şevçenko
deyib.
Ukrayna mətbuatının məlumatına əsasən, hazırda güc strukturlarının nümayəndələri hərəkətin qarşısını kəsən avtomobilləri yoldan itələyib, çıxarmağa çalırşırlar.
***
Siyasətçinin hansı ittihamla saxlanıldığı açıqlanmayıb
2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru olmuş, hazırda “Yeni qüvvələr” hərəkatının lideri Mixail Saakaşvili dekabrın 5-də paytaxt Kiyevdə saxlanılıb.
Hazırda onun evində axtarış aparılır.
Ukrayna Ali Radasının deputatı Viktor Çumak məlumatı “Qromadske” saytına təsdiqləyib.
Sabiq prezidentin saxlanılmasına səbəb təhlükəsizlik orqanlarının onun mənzilində axtarış aparılmasına etiraz olaraq yaşadığı binanın damına çıxaraq özünü atması bəyanatı olub.
Təhlükəsizlik orqanlarının təmsilçisi Yelena Qitlyanskaya sabiq qubernatorun hansı ittihamla saxlanıldığı barədə açıqlama verməyib və bu məsələnin ölkə prokurorluğunun nəzarətində olduğunu deyib.
Saakaşviki özü iddia edir ki, prezident Petro Poroşenkoya Rusiya lideri Vladimir Putinin göstərişi əsasında onu oğurlamaq istəyir.
Lenta.ru yazır ki, Mixail Saakaşvilinin keçirdiyi etiraz aksiyalarının maliyyə dəstəyini guya Ukraynanın keçmiş prezident Viktor Yanukoviç
verir.
Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Sonradan Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2016-cı ildə vəzifəsindən istefa verərək Ukrayna prezidentinə qarşı müxalifətə keçib.