”Tənqidçilərə hücumların artması hökumətin sonuncu əfv fərmanına kölgədir”

”Həbs, işgəncə və məhkumluq Azərbaycanda müstəqil jurnalistlərdən ötrü normaya çevrilib”

Source:


”Həbs, işgəncə və məhkumluq Azərbaycanda müstəqil jurnalistlərdən ötrü normaya çevrilib”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycanda mediaya təzyiqlərin yeniləndiyini bildirən bəyanat yayıb.

Məlumatda son vaxtlar ölkədə azı 15 blogerin, media işçisinin və müstəqil jurnalistin saxlandığı vurğulanır, onların dərhal azadlığa buraxıması istənir:

“Son iki ayda tənqidçilərə hücumların güclənməsi hökumətin 2016-cı ilin yazında sərgilədiyi barışdırıcı jestinə, xeyli siyasi məhbusu azadlığa buraxmasına kölgə salır”.

Məlumat AzadlıqRadiosu yayıb.

Bəyanatda 7 il azadlıqdan məhrum edilən jurnalist Fikrət Fərəməzoğlunun adı çəkilir:

“Azadlığa buraxılandan sonra onun jurnalist fəaliyyətinə iki illik qadağa qoyulub. Jurnalist bir restoran sahibindən pul tələbetmədə təqsirli bilinsə də, özü və vəkili ittihamın qondarma olduğunu deyir. Həyat yoldaşı Fərəməzoğluna həbsdə işgəncə verildiyini açıqlayıb. Jurnalist Nicat Əmiraslanov da oxşar taleylə üzləşib. Jurnalist sosial şəbəkələrdə hakimiyyətlə bağlı tənqidi yazılarından sonra saxlanıb, 30 sutkalıq cəza alıb. Vəkili onun hədələndiyini, apelyasiya şikayətini geri çəkməyə məcbur edildiyini söyləyib”.

Sərhədsiz Reportyorlar Təşkilatı hesab edir ki, həbs, işgəncə və qondarma ittihamlarla məhkumluq Azərbaycanda müstəqil jurnalistlərdən ötrü bir normaya çevrilib. Bu, hakimiyyətin ölkədə qalan tənqidçilərə yekun zərbə vurmaq istəyini göstərir. Saxlanmış bütün jurnalistlər dərhal buraxılmalıdır. Bu, təcili həyata keçirilməlidir. Çünki onlardan bəzilərinə işgəncə verilir və ciddi sağlıq problemləri var. Biz Azərbaycan hökumətinin beynəlxalq tərəfdaşlarını onlara insan haqları öhdəliklərini xatırlatmağa səsləyirik”.

Qurum hazırda istintaqı gedən jurnalistlərin adlarını sadalayır:

“Onlardan biri sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və polisə tabe olmamaqda suçlanan Əfqan Muxtarlıdır. “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov da istintaq altındadır. “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirovun məhkəməsi başlanıb”.

Sərhədsiz Reportyorlar Təşkilatı xatırladır ki, mayın 12-də məhkəmə beş müstəqil saytı bağlayıb. Bu sıraya Azad Avropa/Azadlıq Radiolarının Azərbaycan xidməti, “Azadlıq” qəzetinin, Berlində mənzillənən Meydan TV daxildir. Bloklanan saytlar prezident İlham Əliyevin yaxınlarının maliyyə fəaliyyətiylə bağlı araşdırmalar dərc edəndən sonra milli təhlükəsizliyə təhlükə yaratmaqda ittiham olunub.

“İlham Əliyevin həyat yoldaşının bu ilin fevralında Birinci vitse-prezident təyin olunması rejimin hakimiyyəti öz əlində saxlamaq arzusunu göstərir”, – təşkilatın bəyanatında belə deyilir.

Ana səhifəXəbərlər”Tənqidçilərə hücumların artması hökumətin sonuncu əfv fərmanına kölgədir”