Layihə səsverməyə çıxarılaraq qəbul edilib
Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb.
“Report”un xəbərinə görə, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.