Hərbi qulluqçu sağ əlindən yaralanıb
Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində Azərbaycanın mövqelərinə basqın etməyə cəhd göstərib. Bu barədə
Müdafiə Nazirliyinin
rəsmi saytı məlumat yayıb.
Müdafiə Nazirliyinin
rəsmi saytı məlumat yayıb.
Xəbərdə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin qabaqlayıcı tədbirləri və atəşi nəticəsində itki verən qarşı tərəf silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.
Döyüşdə Azərbaycanın bir hərbi qulluqçusu, çavuş Dəyanət Mehman oğlu Zahidov sağ əlindən yüngül yaralanıb.