İş adamı baş verənlərlə bağlı ictimaiyyətə müraciət edib
İş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun Fransadan siyasi sığınacaq istədiyi bildirilir. Məlumatı “life.ru”
yayıb
.
T.İsmayılovun sözlərinə görə, onun əlində Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar var və o, bunları müdafiəsi qarşılığında
Fransanın xüsusi xidmət orqanlarına verə bilər.
O, Fransanın Provans regionundakı Antib kommunasına köçməyi planlaşdırır.
Ancaq iş adamının nə özü, nə də vəkili məlumatı təsdiqləməyib.
Noyabrın 21-də Telman İsmayılov ictimaiyyətə müraciə
t edib
.
Moskva şəhərinin Basman rayon məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb. Moskva Şəhər Məhkəməsi onun apelyasiya şikayətini təmin etməyib və özü beynəlxalq axtarışa
verilib
.
Sahibkar müraciətində bildirib ki, 9 il davam edən informasiya terroru nəticəsində ona qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə onu adam öldürməkdə ittiham edirlər:
“Mən həyatımda bircə dənə də olsun cinayət törətməmişəm. Günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq barəmdə irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib. Mən və Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı. Guya mən orada qaçaqmalçılıqla məşğul olmuşam. O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi “YouTube”-da yaymağa hazıram. Artıq bəsdir!”
Telman İsmayılov deməyə sözü olduğunu söyləyir: “Nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəsi barmağını yuxarı göstərir. Deməli, söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq”.
T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. Hadisə 2016-cı ilin mayında baş verib. Ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçi Yuri Brilevin qətlə yetiriliblər.
İsmayılov və onunla əlbir olmaqda təqsirləndirilən Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.
Vəkili Marina Rusakova deyir ki, T.İsmayılov ittihamı qəbul
etmir
.
T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir.
Ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib.