”Telegram”da 15 milyon istifadəçinin məlumatı oğurlanıb

İranlı hakerlər sistemdəki boşluqdan faydalanaraq, istifadəçilərin telefon nömrələrini ələ keçiriblər

Source:


İranlı hakerlər sistemdəki boşluqdan faydalanaraq, istifadəçilərin telefon nömrələrini ələ keçiriblər

Anlıq və güvənli söhbət proqramlarından sayılan ”Telegram” bu dəfə təhlükəsizlik boşluğu ilə gündəmə gəlib.

”End-to-end” – başdan-başa şifrələmə funksiyası ilə istifadəçilərin rəğbətini qazanan bu proqram haker hücumuyla üzləşib.

”The Telegraph”ın yazdığına görə, İranda 15 milyon ”Telegram” istifadəçisinin məlumatı ələ keçirilib. Hücumu İran mərkəzli ”Rocker Kitten” haker qrupunun gerçəkləşdirdiyi güman edilir. Proqram ölkədə müxalif və yenilikçilər arasında ad qazandığından, belə bir addımın atıldığı düşünülür.

İstifadəçilər ”Telegram”ı işlətmək istərkən, onların nömrələrinə əvvəlcə SMS-lə doğrulama kodu gəlir. Yalnız bu kodu yazandan sonra proqram aktivləşir.

İranlı hakerlər sistemdəki boşluqdan faydalanaraq, istifadəçilərin telefon nömrələrini ələ keçiriblər.

”Telegram” rəhbərliyi, hələlik, məsələyə münasibətini bildirməyib.



azadliq.org

Ana səhifəXəbərlər”Telegram”da 15 milyon istifadəçinin məlumatı oğurlanıb