“Telegram” Rusiyanın ərazisində bloklandı

“Novaya qazeta”nın materialı

“Telegram” şəbəkəsi Rusiya ərazisində bloklanıb. Bu qərarı Taqansk Rayon Məhkəməsinin hakimi Yuliya Smolinaya çıxarıb. Məhkəmə 20 dəqiqə davam edib.

“Telegram”ı təmin edən proqramların yayılması üçün texniki şərtlərin yaradılmasını dayandırmaq qərara alınır”, - deyə hakim Smolina söyləyib. Onun sözlərinə görə, “Telegram” messenceri bir ay müddətində məhkəmənin qərarına etiraz edə bilər. Həmçinin kodlama açarlarını təhvil vermədikcə, bloklanmış halda qalacaq.

Messencerin nümayəndələri söz verdikləri kimi məhkəməyə qatılmayıblar.

Mesencerin nümayəndəsi Dmitriy Dinzenin prosesin təxirə salınması ilə bağlı 12 aprel axşamı məhkəməyə təqdim etdiyi vəsatət də hakim Smolina tərəfindən rədd edilib.

Daha əvvəl “Telegram”ın təsisçisi Pavel Durov vəkillərinə “Roskomnadzor”-un iddiası ilə bağlı məhkəmə prosesində iştirak etməyi qadağan etmişdi.

“Biz öz iştirakımızla bu komediyanı qanuniləşdirməyə hazırlaşmırıq”, - məhkəmədə Telegramın maraqlarını müdafiə edən, beynəlxalq hüquq müdafiə qrupu “Aqora”nın nümayəndəsi Dmitriy Kolbasin qeyd edib.

Aprelin əvvəlində “Roskomnadzor” Moskvanın Taqansk Rayon Məhkəməsinə Rusiyanın ərazisində messencerin bloklanması üçün iddia qaldırıb. Şöbə, messencerdən Federal Təhlükəsizlik Xidmətinin (FTX) yazışmaların şifrələməsinin açarları ilə təmin etməsini tələb edib. “Telegram” rəhbərliyi isə bunu etməkdən imtina edib.

“Telegram” rəhbərliyi bildirib ki, FTX-nin tələbləri texniki cəhətdən icra edilə bilməz və Konstitusiyaya ziddir. Buna cavab olaraq, aprelin 12-də “Roskomnadzor”un məhkəmədəki nümayəndəsi dərhal Rusiyanın ərazisində messencerin bloklanmasını tələb edib.

Hazırlıq iclasında “Telegram” nümayəndəsi Dmitri Dinze prosesi təxirə salmaqla bağlı vəsatət qaldırsa da, məhkəmə qəbul etməmişdi.

Aprelin 12-də jurnalistlər Oleq Kaşin və Aleksandr Plyuşçev Rusiyanın “Roskomnadzor” və Federal Təhlükəsizlik Xidmətinə messencerin mümkün bloklanması işi ilə bağlı inzibati iddia qaldırıblar. Ərizəçilər iddia edirlər ki, “Roskomnadzor” və FTX-nin hərəkətləri şəxsi həyatın toxunulmazlığı hüququnu və dövlət nümayəndələrinin müdaxiləsi olmadan məlumat yaymaq hüququnu pozur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/olnji6

Ən çox baxılan