Tələbələrin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub

Məhkəmədə sürücü ilə zərərçəkmişlər arasında mübahisə yaranıb

Source:
Namiq Hüseynov
Namiq Hüseynov


Məhkəmədə sürücü ilə zərərçəkmişlər arasında mübahisə yaranıb

Avqustun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun məhkəməsi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı onun beş il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N.Hüseynovun vəkili isə prokurorun çıxışı ilə razı olmadığını, işin obyektiv araşdırılmadığını deyib. Bildirib ki, hadisənin baş verməsində polislər də günahkardır.

N. Hüseynov isə son söz deyib. Bildirib ki, hadisəni qəsdən törətməyib. Çıxışı zamanı onunla zərərçəkmiş şəxslər arasında mübahisə düşüb. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, N. Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.

Ana səhifəXəbərlərTələbələrin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub