20 fevralda saat 14:00-da Bakı Dövlət Universitetində (BDU) tələbələr kəsr imtahanlarının pullu edilməsinə qarşı aksiya keçiriblər. Aksiyada 700-800 nəfər tələbə iştirak edib. BDU tələbələri ilə yanaşı aksiyaya başqa universitetlərin tələbələri də qoşulublar. BDU-nun rektoru Abel Məhərrəmov Təhsil Nazirliyinin nümayəndələri ilə qaldırılan məsələnin müzakirə olunduğunu bildirib.Rektor tələbələrin şikayətlərini dinləmək üçün 21 fevral saat 12-yə görüş təyin edib.
Ərazidən uzaqlaşdırılan tələbələr Elmlər metrosu stansiyası qarşısına yürüş ediblər. 10 nəfər tələbə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə aparılıb.Polislər bir neçə yerdə aksiyanı çəkən jurnalistlərə qarşı kobudluq edib, onlardan bəzilərini vurublar. Saxlanılan tələbələrdən yalnız dördünün və bir jurnalistin adı məlumdu. Onlar -Tamerlan Baxşıyev, Sübhan Qəmbər,Asif İlyasov, Taleh Səmədov və jurnalist Tural Qurbanlıdır.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 20 Fevral 2014 20:10