Təkbaşına aksiya keçirən gənc 30 sutka azadlıqdan məhrum edilib (yenilənib)

Gəncin neçə sutkalıq həbs edildiyi bildirilmir

Source:

Rafael Hüseynzadə
Rafael Hüseynzadə


***


21.20. Rafael Hüseynzadənin atası Füzuli Hüseynov Meydan TV-yə deyib ki, oğlu 30 sutka inzibati cəza alıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddәsi (polisin qanuni tələbinə tabe olmamaq) irəli sürülüb. Bu barədə ona yanvarın 29-da inzibati cəza müddəti bitənlərdən biri deyib.


Yanvarın 30-da vəkil Cavad Cavadov Rafael Hüseynzadə ilə görüşəcək, o zaman daha əhatəli məlumat əldə edəcəklər.


***


Gəncin neçə sutkalıq həbs edildiyi bildirilmir

Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında yanvarın 25-də təkbaşına aksiya keçirərkən polis tərəfindən saxlanılan Rafael Hüseynzadə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində

saxlanılır.

Bu barədə “Amerikanın Səsi”nə onun atası Füzuli Hüseynov bildirib.

F.Hüseynov bu gün oğlunun orada saxlanılmasını həmin məntəqəyə gedərək öyrənib. Lakin ona Rafael Hüseynzadəyə neçə sutka inzibati həbs verildiyini bildirməyiblər.

Bununla yanaşı, Bakının Nəsimi Rayon Məhkəməsinin rəsmi saytında bildirilir ki, Rafael Hüseynzadə barədə hakim Elməddin Hüseynov qərar çıxarıb. O, İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Lakin məhkəmənin rəsmi saytında Hüseynzadəyə neçə sutka həbs verildiyi barədə məlumat yoxdur. Bu maddənin sanksiyasında bir ayadək inzibati həbs nəzərdə tutulur.

Rəsmi qurumlardan, o cümlədən məhkəmədən Rəfael Hüseynzadənin saxlanılmasının səbəbləri ilə bağlı məlumat almaq hələlik mümkün olmayıb.

Ana səhifəXəbərlərTəkbaşına aksiya keçirən gənc 30 sutka azadlıqdan məhrum edilib (yenilənib)