Bina sakini – Alternativ qızdırıcı yoxdur, aldatdılar 1000 manat rüşvət istədilər atapleniya çəkmək üçün.
Şirkətin direktoru: Kim istəyib?
– Siz istəmisiniz. Siz buna görə məsuliyyət daşıyırsınız.
Vicdanla danış
– Telefon çəkilişi deyirlər, rüşvət. Nəyi deyirsən, rüşvət.
Sakinlər NES MTK-nın Yeni Yasamal ərazisində tikdiyi binalardakı şəraitdən narazıdırlar. Üç binanın sakini 5 ildir qazsız, istilik sistemi olmadan, telefon xətti çəkilmədən yaşadıqlarını deyirlər.
“Qaz yoxdur, qış gəldi alternativ istilik sistemi yoxdur, “kupça” da veriblər, mülkiyyət hüququmuz təsdiqlənib, amma bunların heç biri yoxdur”.
Binalar təhvil verilməyib, amma burada yaşayış var. Sakinlər bildirirlər ki, üç binada təxminən 300-ə qədər ailə yaşayır.
Direktor -Bina təhvil verilməyib
– Təhvil verilməyibsə, necə istifadə olunur bu binadan ?
Direktor- Vətəndaşların özlərinin evləridir. Istifadə qaydalarına yararlı olduğuna görə yerləşdirilib. Amma dövlət komissiyasından keçirilməyib, bəli.
Sakinlər binada yaşamağın baha başa gəldiyini vurğulayırlar. Şirkətin nümayəndələri liftdən istifadə və qarajda maşın saxlamaq üçün sakinlərin hər birindən 60 manat istəyirlər.
Sakinlər şirkət rəhbərliyinin ondan rüşvət istənildiyinə görə binanın problemlərini həll edə bilmədiyini açıqlayırlar.
Bina sakini – Direktor deyir ki, məndən rüşvət istəyirlər. Bilmirəm, kim bundan rüşvət istəyir ? O da bizdən istəyir.
Direktor- Kim deyir ?
Bina sakini- Sən mənə deyirsən, bu qədər camaatın içində. Onlar bəlkə qorxur, demir.