”Müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur”
Təhsil Nazirliyi hava şəraiti ilə bağlı valideynlərə və təhsil müəssisələrinin rəhbərlərinə
xəbərdarlıq
edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
məlumatı
na əsaslanan nazirliyin xəbərdarlığında deyilir:
“Nazirlik tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır. Eyni zamanda Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunur”.
Martın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi ehtimal edilir.