Təhsil naziri: ”Mütəxəssisin hazırlanması üçün illərlə vaxt lazımdır”

”Ətrafınızda nə qədər insan var ki, ali təhsil almasına baxmayaraq daha aşağı ixtisas tələb edən işlərdə çalışır?”

Source:
Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Mikayıl Cabbarov


”Ətrafınızda nə qədər insan var ki, ali təhsil almasına baxmayaraq daha aşağı ixtisas tələb edən işlərdə çalışır?”

“Hazırda ali məktəbi bitirən məzunların orta hesabla 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edir”.

Bunu təhsil naziri Mikayıl Cabbarov  “Caspian European Club”ın üzvləri ilə görüşdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu rəqəm öz biznesinə başlayan sahibkarlara aid deyil: “Ali məktəblər var ki, bu rəqəm daha yüksək, elə ali məktəblər var ki, daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm iqtisadiyyatdan, həm də iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair olan sifarişi, həm bilik səviyyəsinə dair olan məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz sifarişə daha keyfiyyətli cavab vermək iqtidarında olacaq. Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələr istehsal etsin. Ən yaxşı halda əmək bazarına buraxdığımız mütəxəssisin hazırlanması üçün illərlə vaxt lazımdır” (


APA


).

İqtisadçı Rövşən Ağayev nazirin bu barədə açıq danışmasını müsbət hesab edib.

O, bu barədə Facebook səhifəsində yazıb ki, beynəlxalq təcrübədə adətən dövlət ehtiyacları, xüsusilə hüquq-mühafizə, xüsusi hərbiləşdirilmiş müəssislər və ordu, dövlət qulluğu, o cümlədən təhsil və səhiyyə üçün qəbul olunan işçi qüvvəsi əmək bazarınını spesifik seqmenti kimi ayrıca hesablanır. Ona görə bilmək maraqlı olardı ki, yuxarıda sadalanan ixtisaslar nəzərə alınmadan digər ixtisasları bitirənlərn neçə faizi işlə təmin edilir. Məsələn, iqtisadiyyat və biznes, tikinti, hüquq, kənd təsərrüfatı, eltronika və yüksək texnologiya və s. sahələrlə bağlı işini itirənlərin hansı hissəsi işlə təmin olunur? Yaxud pedoqoji ali məktəblərdə, tibb universitetnondə bu 90 faiz də ola bilər. Amma iqtisad, aqrar və inşaat kimi üniversitetlərdə necədi vəziyyət?

Rövşən Ağayev

İkincisi, iş tapanların neçə  faizi məhz öz ixtisası üzrə iş tapa bilir. Beynəlxalq təcübədə “məzun izlənməsi” sistemində bu çox vacib meyardı. Bu məlumat iş tapanların neçə faizinin ixtisas səviyyəsi ilə tapdığı iş yerinin ixtisas səviyyəsi uyğun gəldiyini göstərir. Çünki hər bir iş yerinin xarakteristikasında onun ixtisas səviyyəsi göstərilir – həmin iş yeri ali, orta yoxsa peşə təhsilli ixtisası bitirənlərə uyğundur. Ətrafınızda nə qədər insan var ki, ali təhsil almasına baxmayaraq daha aşağı ixtisas tələb edən işlərdə çalışır?”

“Nəhayət, 42 faiz indiki şərait üçün o qədər pis deyil, amma əgər məzunların həmin hissəsi ali məktəbləri bitirən ildə ixtisaslarına uyğun iş tapa bilirlərsə və yuxarıda sadaladığım ixtisaslar nəzərə alınmadan. Adətən beynəlxalq təcrübədə “məzun izlənilməsi” üçün aktiv izləmə dövrü kimi ali məktəbi bitirəndən sonrakı ardıcıl 3 il götürülür – bitirmə ili və sonrakı 2 il”,-deyə Rövşən Ağayev fikrini tamamlayıb.

Ana səhifəXəbərlərTəhsil naziri: ”Mütəxəssisin hazırlanması üçün illərlə vaxt lazımdır”