Təhsil naziri: 546 şagird, 186 təhsil işçisi yeni koronavirusa yoluxub (yenilənib)

“Buna görə məktəblərin bağlanması bir qədər düzgün görsənmir”

Source: Specify Source


17.21.


Təhsil Nazirliyi: 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb. 47 məktəb, 65 sinifdə tədris dayandırılıb. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.


Bu bardə nazirliyin saytında məlumat verilib.


Bildirilir ki, 15 şagirdin hərarəti 2 dərəcədən yuxarı olub.


"Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb", – məlumatda bildirilir.


Həmçinin qeyd olunur ki, distant təhsilə keçmiş siniflərin sayı 6, məktəblərin sayı isə 10-dur.


Məlumata görə, əyani təhsilə qaytarılmış siniflərin sayı 1-dir.


Nazirlikdən bildirilib ki, bu günə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

***


Emin Əmrullayev bildirib ki, Operativ Qərargahın qərarı repetitor fəaliyyətinə şamil edilmir

“27 sentyabrdan başlanan atəşkəsin pozulması nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb”.

Bu açıqlamanı Azərbaycanın Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.

Nazir 40-a yaxın məktəbin dağıntılara məruz qaldığını deyib:

Emin Əmrullayevin sözlərinə görə, Ermənistan ordusunun mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırılıb.

Emin Əmrullayev oktyabrın 19-dan etibarən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması məsələsinə də toxunub:

“Əgər sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər hər gün 10-15 məktəb bağlanmaq məcburiyyətində idi. Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.

Təhsil naziri bildirib ki, Operativ Qərargahın qərarı repetitor fəaliyyətinə şamil edilmir:

“Repetitor fəaliyyəti də müvafiq qaydalara əməl edilərək davam etdirilərsə, onların fəaliyyətində hər hansı problem olmaz”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə deyib ki, təhsil kursları ilə bağlı bəlli tələblər var: “Kurslarda daha çox yuxarı sinfilərin şagirdləri iştirak edir. Həmin uşaqların maska taxmasına, qaydalara riayət etməsinə nəzarət etmək də daha asandır”.

Təhsil naziri Emin Əmrullayev oktyabrın 15-nə qədər 546 şagirdin, 186 təhsil işçisinin yeni koronavirusa yoluxduğunu deyib.

İqtisadçı Toğrul Maşallı Təhsil nazirinin brifinqdə söylədiklərinə özünün telegram səhifəsində münasibət bildirib:

AZIZ1374.JPG
Toğrul Maşallı

“Rəsmi məlumata görə 15 sentyabr – 15 oktyabr dövründə Azərbaycanda 4898 nəfər koronavirusa yoluxub. Bu gün səsləndirilən məlumata görə bu müddətdə məktəblərdə isə 546 şagird və 186 təhsil işçisi yoluxub. Başqa sözlə, məktəblər hesabına ən azı 732 nəfərin yoluxduğu müəyyən edilib. Bu isə 15 faiz deməkdir. Nəzərə alsaq ki, yoluxanlar arasında həmçinin şagird və məktəb işçilərinin ailələri var, o zaman bu rəqəm 2-3 dəfə artacaq. Bu dövrdə yoluxmaların böyük hissəsi Təhsil Nazirliyinin qurduğu sistem hesabına müəyyən olunub. Əslində, bu yaxşı bir göstəricidir. Yəni ölkə üzrə real vəziyyəti təhlil etməyə imkan verir və eyni zamanda ən azı bir sahədə nəyinsə effektiv olduğunu göstərir. Buna görə məktəblərin bağlanması bir qədər düzgün görsənmir. Çünki orada onsuz da yoluxan müəyyən olunurdu və eyni zamanda ətrafını da izolyasiya etmək çətin deyildi. Digər sahələrdə də belə tipli sistem qurulsaydı (əslinə qalsa qurulmalı idi), biz epidemiya təhlükəsindən bu gün söhbət etməyəcəkdik”.

Ana səhifəSosialTəhsil naziri: 546 şagird, 186 təhsil işçisi yeni koronavirusa yoluxub (yenilənib)