Təhsil İdarəsi: Bakıda 130 məktəbdə istilik problemi var

Mənbə: “Bakupost”

“Məktəblərdən 30-da çatışmazlıqlar daha ciddi hesab olunur”


Bakıda istilik problemləri olan məktəblərin sayı açıqlanıb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıqlar aşkarlandığını deyib.


O bildirib ki, məktəblərdən 30-da çatışmazlıqlar daha ciddi hesab olunur:


“Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür”.


BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Meydan TV-yə deyib ki, qurum, Elm və Təhsil Nazirliyinin Əsaslı Təmir Tikinti İdarəsi, “Azəriqaz”, “Azəristilik”lə birgə bu istiqamətdə işlərə başlayıb:


“Son iki aya yaxın müddətdir ki, aşkara çıxarılan məsələlərlə bağlı tədbirlər görülür. İşlərin noyabrın 15-də, istiliyin verildiyi dövrə qədər yekunlaşdırılması nəzərdə tutulur”.

Ana səhifəXəbərlərTəhsil İdarəsi: Bakıda 130 məktəbdə istilik problemi var