Tehran İslam İnqilabının 40 illiyini qeyd edir

İran rəsmiləri 50 minə yaxın məhbusun sərbəst buraxıla biləcəyini və ya müddətlərinin azaldılacağını açıqlayıb

Source:
İran İslam İnqilabı
İran İslam İnqilabı


İran rəsmiləri 50 minə yaxın məhbusun sərbəst buraxıla biləcəyini və ya müddətlərinin azaldılacağını açıqlayıb

İran 1979-cu ildə monarxiyanı sona çatdıran və illərdir davam edən ruhani hakimiyyətiylə nəticələnən İslam inqilabının 40 illiyini qeyd edir, – beynəlxalq xəbər portalları xəbər verir.

Yüz minlərlə insanın Tehranda və digər şəhərlərdə hökumət tərəfindən təşkil edilmiş nümayişlərdə iştirak etməsi gözlənilirdi.

11 fevral 1979-cu ildə Ayətullah Ruhollah Xomeyninin tərəfdarları ABŞ-ın dəstəklədiyi Şah Rza Pəhləvini devirmişdi.

Beynəlxalq xəbər agentliklərinin yaydığı məlumatlara görə, paytaxtda kütlələr Prezident Həsən Ruhaninin (Hassan Rohani) nitqini dinləmək üçün mərkəzi Azadlıq (Azadi) Meydanına doğru irəliləyir, ətrafda inqilabi və milliyətçi ruhlu mahnılar səslənir.

İran İnqilabının ildönümü hər il fevralın 1-də – İslam Respublikasının ali lideri Xomeyninin sürgündən döndüyü gün başlayır. 11 fevral isə şah rejiminin çökməsi başa çatır.

Bu il qeyd etmələr keçən il Tehran ilə dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasından ABŞ-ın geri çəkilməsi və İran iqtisadiyyatına sərt sanksiyalar tətbiq etməsi dövrünə təsadüf edir.

2015-ci ildə müqaviləni imzalayan Avropa ölkələri -hansı ki, bu müqaviləylə Tehran sanksiyaların aradan qaldırılması qarşılığında nüvə fəaliyyətlərini məhdudlaşdıracağını öhdəlik götürmüşdü – sənədi xilas etməyə çalışır.

Fevralın 8-də verdiyi açıqlamada İranın Ali Rəhbəri Ayətullah Əli Xameney (Ayatollah Ali Khamenei) Vaşinqtonun Tehrana qarşı düşmənçilik siyasətini davam etdirdiyi müddətcə İranın “Amerikaya Ölüm- dən imtina etməyəcəyini söyləyib.

Tədbirlərdən öncə İran rəsmiləri 50 minə yaxın məhbusun sərbəst buraxıla biləcəyini və ya müddətlərinin azaldılacağını açıqlayıb.

Rəsmi rəqəmlərə görə, İranda təxminən 250 min adam həbs olunub.

Amnistiyanın siyasi məhbuslara aid olub-olmadığı aydın deyil.

Tədbirlərlə üst-üstə düşən bir hesabatda – Sərhədsiz Reportyorların (RSF) sənədində bildirilir ki, 1980-ci ildən etibarən İranda 61.900 siyasi məhbus olub.

İran Hakimiyyəti sənədlərini sızdıran Paris mərkəzli media monitorinq şirkəti 1979-2009-cu illər arasında ən az 860 jurnalistin həbs olunduğunu və ya edam edildiyini söyləyib.

Ana səhifəXəbərlərTehran İslam İnqilabının 40 illiyini qeyd edir