Təhqir etməkdənsə, cavab vermək

Elçibəy zəif siyasətçi olub?!

Source:

İddia varsa, əksi isbat edilməlidir… Tarixçilər və dövrün şahidləri bunları obyektiv olaraq qələmə almalıdır. Amma mən bir suala cavab tapmağa çalışacağam: Elçibəy zəif siyasətçi olubmu?! Gəlin, bu suala faktlarla cavab verək.

1 illik Elçibəy hakimiyyəti dönəmi (8 İyun 1992 – 15 İyun 1993)

– İlk və hələ ki, tək azad və demokratik prezident seçkiləri keçirildi (7 iyun 1992)

– Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair ilk bəyanat qəbul edilmişdir (22 may 1992-ci il)

– Qarabağ müharibəsi zamanı genişmiqyaslı uğurlu hərbi əməliyyatlar aparıldı (13 iyun 1992)

– Ermənistanı ilk təcavüzkar ölkə kimi tanıyan təşkilat “İslam Konfransı Təşkilatı” oldu (17 iyun 1992)

– Azərbaycan Respublikası YUNESKO təşkilatına daxil oldu (3 iyul 1992)

– 1.5 ton qızıl və digər qiymətli metalların toplandığı Dövlət Ləl-cəvahirat Fondu yaradıldı (16 iyul 1992)

– Azərbaycanda milli valyutaya keçid həyata keçirildi (15 iyul 1992)

– Təhsil sahəsində özəl müəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil

ocaqları yarandı (4 sentyabr 1992)

– Dünyanın bir çox məşhur transmilli şirkətləri ilə neft sənayesi sahəsində sazişlər imzalanmağa

başladı (7 sentyabr 1992)

– Elçibəyin fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradıldı (13 sentyabr 1992)

– Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və

mədəniyyətinin inkişafı haqqında fərman imzalandı və qüvvəyə mindi (16 sentyabr 1992)

– Azərbaycan Silahlı Qüvvələri yaradıldıqdan sonra ilk milli parad keçirildi (9 oktyabr 1992)

Keçmiş Sovet Dövlətləri arasında ilk dəfə test üsulu ali təhsil ocaqlarına imtahanın keçirilməsi

baş tutdu (15 noyabr 1992)

– Mindən çox gəncə onlarca xarici ölkədə nadir ixtisaslar üzrə təhsil almaq imkanı yaradıldı (12 dekabr 1992)

– Uzun müddət müzakirə obyekti olmuş latın əlifbasına keçidə nail olundu (22 dekabr 1992)

– Azərbaycan “Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı”na (ATƏT) qoşuldu (30 yanvar 1992)

– Sovet Respublikaları arasında rus ordusu ilk olaraq Azərbaycan Respublikası ərazisindən

çıxarıldı (25 may 1993)

– Milli Bankda valyuta ehtiyatı 156 milyon dollara çatdı (1 iyun 1993)

Və bütün bunlar yeni müstəqil olmuş, yeni qurulmuş hakimiyyət tərəfindən qızğın hərbi əməliyyatların

getdiyi müharibə şəraitində baş verirdi.

Mən Elçibəyi bütləşdirənlərdən deyiləm. Yeri gələndə bəlkə ən sərt tənqid edənlərdən biriyəm ki, bundan sonra yazacağım yazıda Elçibəy barədə suallarımı, şübhələrimi ünvanlayacağam. Amma haqqı da nahaqqın ayağına heç vaxt verməyi sevmirəm. Yuxarıda sadaladıqlarım sadəcə 1 il ərzində yazılan və deyilən yox, real – görülən işlərdir. 22 il isə bizim yaşadıqlarımız, gördüklərimiz, eşitdiklərimiz və hələ də davam etməkdə olanlardır…

Sosial şəbəkələrdə Elçibəy barəsində yazılanlar, deyilənlər, söyənlər, təifləyənlər, məzələnənlər və bütləşdirənlər xeyli saydadır. Mən heç birini etmədim, sadəcə faktları paylaşdım. Elçibəyi tənqid edənləri təhqir etməkdənsə, söyməkdənsə, ağıza gələni yazmaqdansa, böhtan atmaqdansa yazı yazmaq lazımdır. Bir daha deyirəm, iddia varsa əksini isbat etmək lazımdır, şübhələr varsa aradan qaldırılmalıdır, suallar varsa cavablandırılmalıdır. Əsl sivil və mədəni müzakirə etikasına sahib olmalıyıq, bunu bacarmalıyıq. YAP’çıları söyüb, təhqir edib, alçaldıb, sonra özümüz də onlar kimi davranmamalıyıq. Buyurun, indi özünüz müqaisə edin və “Elçibəy barədə suallar” yazımı gözləyin…


Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəTəhqir etməkdənsə, cavab vermək