Yanvarın 19-u “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin əməkdaşları qurumun ofisi qarşısında aksiya keçiriblər. Aksiya səbəb əməkdaşların əməkhaqqı ala bilməməsidir.
Etirazçılar onu da deyir ki, təhlükəsizlik xidməti DİN-in qeydiyyatı əsasında fəaliyyət göstərir.
İşçilərin aksiyasını Biləcəri polisi dağıdıb.
Meydan Tv məsələ ilə bağlı DİN-lə əlaqə saxlasa da, ikincidən münasibət öyrnmək mümkün olmayıb.