Tədqiqatçı Azərbaycana yenilik gətirir(VİDEO)

 Mayın 19-da Beynəlxalq Mətbuat Mərkəzində tədqiqatçısı Namiq Məmmədov qravitasiyanın mahiyyətini açması ilə bağlı təqdimat mərasimi keçirib.
Namiq Məmmədov deyir ki, cazibə qüvvəsinin mahiyyətini açsaq, gələcəkdə atom strukturunun öyrənə bilərik, həmçinin insanların hərəkəti də daha asanlaşar.
O bildirir ki, qravitasiya şüalarının təsirini öyrənə bilsək, ən uzaq qalaktikada olan prosesləri online şəkildə izləyə bilərik. Tədqiqatçı deyir ki, Azərbaycan üçün bu sahə yenidir. Dünyada bu məsələ ilə böyük elmi mərkəzlər məşğul olur.
Namiq Məmmədov eksperiment aparmaq üçün elmi dairələrə, dövlət fondlarına müraciət edəcəklərini deyir.
Amma bu layihənin reallaşması üçün böyük miqdarda vəsait tələb olunur.

Ana səhifəVideoTədqiqatçı Azərbaycana yenilik gətirir(VİDEO)