TƏBİB

Mənbə: TƏBİB

Başlıq: TƏBİB

TƏBİB: Arif Quliyevin videosunu yayan şəxs cəzalandırılıb

Hüquq müdafiəçisi: "Həmin şəxslə bağlı məhkəmədə iddia qaldırıla bilər"

COVİD-19 infeksiyasına yoluxan Xalq artisti Arif Quliyevin “Yeni Klinika”nın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulu və çətin nəfəs alan vəziyyətdə videogörüntüsü yayılıb.

Hüquq müdafiəçisi Sahib Məmmədov Meydan TV-yə bildirib ki, Konstitusiyanın 32-ci maddəsi şəxsin icazəsi olmadan onun məlumatlarının yayılmasına icazə vermir:

“Əməliyyat tədbirləri istisna olmaqla, şəxsin razılığı olmadan, onun video və fotosunu çəkmək, həmçinin səsini yazmaq, yaymaq olmaz. Bu yalnız şəxsin razılığı ilə mümkündür. Xalq artistinin foto və videosunu razılığı olmadan çəkərək yaymaq mülki qanunvericiliyə əsasən məsuliyyət yaradır. Şəxs bununla bağlı məhkəməyə iddia qaldıra bilər”.

Sahib Məmmədov

Sahib Məmmədov

Mənbə: Sahib Məmmədovun şəxsi arxivindən

Media eksperti Ələsgər Məmmədli hesab edir ki, sosial şəbəkədə yayılan videonun KİV vasitəsilə ictimailəşdirilməsi doğru deyil:

“Videonu yaymaqda məqsəd nədir? İctimai müzakirəyə nəyi çıxarmaq istəyirik? Burada narahatlıq doğuran məqam, videonun KİV-də yayımlanmasıdır. Jurnalistika etikası var. Tutalım, on səkkiz yaşlı bir şəxs əlinə düşən görüntünü sosial mediada yayır. Həmin adam o an üçün heç bir məsuliyyət daşımır. Şəxs hüququ, qanunu bilmir, başa düşüləndir. Amma media bundan istifadə etməməlidir. Bu məsələdə medianın məsuliyyəti çox daha dərindir. Kütləvi informasiya vasitələrinin, medianın, jurnalistin ictimaiyyət qarşısında ciddi şəkildə öhdəliyi, etik məsuliyyəti var. Bu baxımdan sosial şəbəkələrdə yayılanları təkrar yaymaq yolverilməzdir”.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Mənbə: AFU

TƏBİB-in mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, videonu çəkib yayan şəxs cəzalandırılıb.

“Yeni Klinika”nnın yaydığı açıqlamada da bildirilir ki, COVİD-19 xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır.

“Amma xalq artistinin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib”, - klinikanın açıqlamasında deyilir.

Aktyorun ailəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Arif Quliyev hazırda ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub. Aktyorun vəziyyəti ağır olaraq qalır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/slztch

Ən çox baxılan