Teatr tənqidçisi: Azərbaycanda müstəqil teatrlar üçün güzəştlər olmalıdır

“Proqramın yenidən uzadılması gözlənilirdi, olmadı”.

Source:


"Özünü tanıda bilməmək tək dövlət deyil, müstəqil teatrların da problemidir"

“Bütün dünyada mövcud pandemiya ilə əlaqədar teatrlar çətinlik yaşayır. Bu baxımdan Azərbaycanda müstəqil teatrlara dəstək lazımdır. Dövlət dəstəyi ilə yanaşı, onlar üçün müəyyən güzəştlər olmalıdır ki, yaşaya bilsinlər”.

Teatr tənqidçisi Aliyə Dadaşova Meydan TV-yə açıqlamasında belə deyir.

Bildirir ki, dəstək edilməyən müstəqil teatrların fəaliyyəti də uzunömürlü olmur: “Çox ümid bəslədiyimiz “OL”, “Çıxış” kimi teatrlar yaranıb. Onların yaradıcı işinə böyük inam vardı. Lakin təəssüf ki, fəaliyyətlərini davam etdirə bilmədilər. “Çıxış” teatrının cəmi bir tamaşası göstərildi. Məkan olmadı, truppa dağıldı. Müstəqil teatrlar stabilliyi, dayanıqlılığı saxlaya bilmir. Pandemiya ilə əlaqədar bütün dünya teatrları böhran yaşayır”.

Aliyə Dadaşova deyir ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” dövlət proqramı vardı. Məqsədi teatrların inkişafına təkan vermək idi: “Proqramın yenidən uzadılması gözlənilirdi, olmadı. Son illər nazirlik müstəqil teatrlara tamaşa nümayişi üçün ayda iki dəfə dövlət teatrlarında səhnə verirdi. Tamamilə pulsuz şəkildə müstəqil teatrlar öz tamaşalarını təqdim etməli idilər. Hətta teatrlar vardı ki, bir dəfə oynadılar, lakin ikinci dəfəyə artıq tamaşaçı toplaya bilmədilər. Sosial şəbəkələrlə işləməmək, piar qurmamağın səbəbidir. Özünü tanıda bilməmək – tək dövlət deyil, müstəqil teatrların da problemidir”.

Ana səhifəMədəniyyətTeatr tənqidçisi: Azərbaycanda müstəqil teatrlar üçün güzəştlər olmalıdır