Tbilisidə qarşıdurmada 240 nəfər xəsarət alıb (yenilənib)

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib.

Source: Foto: www.theguardian.com

***


Gürcüstan müxalifəti etiraz aksiyasını bərpa etmək niyyətindədir


Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına görə, parlament binası önündə qarşıdurmadan sonra stasionara 240 nəfər qəbul edilib.


Gürcüstan mətbuatının məlumatına görə, bunlardan 80-i polis əməkdaşıdır.


Parlament qaşısında aksiya keçirənlərə qarşı gözyaşardıcı qaz və rezin güllələr tətbiq edilib.


Səhiyyə nazirinin müavini Zaza Boxyanın sözlərinə görə, hazırda iki əməliyyat aparılır.


Onun sözlərinə görə, müxtəlif xəstənaxalarda 120 nəfər xəsarət alan var.


Səhərə yaxın onlarla insan saxlanılıb. Gürcüstan müxalifəti axşam etiraz aksiyasını bərpa etmək niyyətindədir.

***


Prezident: ''Ölkədə qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil''

Tbilisidə parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb.

Onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır.

Bu ərəfədə aksiya iştirakçılarına qarşı ikinci dəfə gözyaşardıcı qaz tətbiq olunub. Etirazçılara qarşı rezin güllələrdən də istifadə edildiyi barədə məlumatlar yayılıb.

“Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi “beşinci kalon” bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil”.

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Facebook” səhifəsində yazıb.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq dayandırıb.

“Report” saytı xəbər verir ki, İ.Kobaxidze və onun rəhbərlik etdiyi nümayəndə heyətinin bir neçə üzvü Bakıdan Tbilisiyə qayıdır.

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. “Gürcüstan Arzusu” Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı Baş katibinə həvalə olunmasını tələb ediblər.

Bundan sonra Gürcüstan parlamentinin qarşısında onminlərlə insan etiraz aksiyası keçirməyə başlayıb. Rusiyalı deputatların etirazlar başladıqdan sonra Gürcüstandan getdikləri bildirilir.

Ana səhifəDünyaTbilisidə qarşıdurmada 240 nəfər xəsarət alıb (yenilənib)