Media qurumu Gürcüstan-Azərbaycan münasibətlərini pozmaqda günahlandırılıb
Martın 29-da bir qrup gənc Gürcüstanın paytaxtı Tbilisi şəhərində Meydan TV əleyhinə aksiya keçirib. Heydər Əliyev parkında gerçəkləşən aksiyada Meydan TV əleyhinə şüarlar səsləndirilib, media qurumu Gürcüstan-Azərbaycan münasibətlərini pozmaqda günahlandırılıb. SOCAR-ın Gürcüstanın kəndlərini qazla təmin etməsini iki ölkə arasında dostluq jesti kimi qiymətləndirən gənclər hesab ediblər ki, Meydan TV bu münasibəti pozmaq istəyir.
Səbəb kimi də 4 ay öncə Camal Əlinin kilsədən hazırladığı video göstərilib. Əllərində “Stop Meydan TV!”, “Meydan TV-Şeytan TV” yazılmış plakatları saxlayan aksiyaçılar şüarlar səsləndirdikdən sonra dağılışıblar.
Gənc fəal Camal Əlinin hazırladığı “prank” 4 ay öncə Meydan TV-nin “Facebook” səhifəsində yayımlanıb.