Hadisəni törədənlərin kimliyi bilinmir
İyunun 3-də gecə naməlum şəxslər Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin memorialını qırmızı rənglə boyayıb.
Bu barədə
“jam-news.net”
saytı məlumat yayıb.
Bir neçə gündür Gürcüstan jurnalistləri və fəalları azərbaycanlı jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçirirlər.
jurnalist Əfqan Muxtarlı mayın 29-da axşam Tbilisinin mərkəzindən yoxa çıxıb, amma onun üzərində xarici pasportu olmayıb. Bir neçə saat sonra Muxtarlə Bakıda, istintaq təcridxanasında olub.
Jurnalist Əfqan Muxtarlı 2014-cü ildə Gürcüstana gedib və o, fəaliyyəti dövründə Azərbaycan hakimiyyətindən təzyiqlərə məruz qalıb.
Jurnalist bildirib ki, onu
mayın 29-da
Tbilisidə gürcü dilində danışam şəxslər saxlayıblar.
Azərbaycan tərəfi Muxtarlının qanunsuz şəkildə üzərində on min avroyla sərhədi keçərkən saxlanıldığını deyir və Gürcüstan hüquq-mühafizə orqnaları bu deyilənləri təkrarlayır.
Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.
Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir.
Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.