Tbilisidə aksiya: Jurnalistlər hökumətin və baş nazirin istefasını tələb edir

“Baş verənlər hakimiyyətin gürcü mediasına qarşı xüsusi əməliyyatı idi”

Source: Meydan TV
Tbilisidə aksiya: Jurnalistlər hökumətin və baş nazirin istefasını tələb edir


“Baş verənlər hakimiyyətin gürcü mediasına qarşı xüsusi əməliyyatı idi”

İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib. “Pirveli” TV-nin jurnalistləri tribuna qarşısında Gürcüstan hökumətinin və baş nazirinin istefasını tələb ediblər. Baş verənlərin günahının indiki hakimiyyətdə olduğunu söyləyiblər.

“Leksonu möhkəm alqışlayaq ki, kar olmuş Garibaşvili eşitsin”

“Pirveli” jurnalisti İnga Grigolia çıxışı zamanı bildirib ki, jurnalistlər heç nəyi alqış üçün etmirlər, nə də alqış istəyirlər. Amma Lekso Laşkaravanı möhkəm alqışlamaq lazımdır:

“Lekso üçün əl çalaq, onu daha möhkəm alqışlayaq ki, kar olmuş Garibaşvili (red: baş nazir İrakli Garibaşvili) eşitsin”.

Jurnalist bildirib ki, heç kim onları hadisənin qara paltarlılar tərəfindən həyata keçirilən xüsusi əməliyyat olduğuna inandıra bilməz:

“Buna inanacaq qədər kor deyilik. Bu, hakimiyyət tərəfindən gürcü mediasına qarşı planlaşdırılmış və həyata keçirilmiş xüsusi əməliyyat idi”.

Image from iOS (6).jpg
İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

“Bu zorakılıqda iştirak edən hər kəs baş nazirlə birgə rədd olsun”

İnga Grigolianın bir gün səhnədə durub siyasi bəyanatlar verəcəyi heç vaxt ağlına gəlməzdi. Deyir, ölənədək tamaşaçılara mikrofondan çatdıracağını düşünürmüş:

“Ancaq bu gün tribunadayam və siyasi çağırışlar edirlər. Açıq deyirəm, İrakli Garibaşvili istefa versin və bu zorakılıqda iştirak edən hər kəs onunla birgə getsin, rədd olsun. Üzümü sizə tuturam, hamınız gəncsiniz, övladlarınız var, onlar böyüyür. Bu olanların qarşısında siz məsuliyyət daşıyacaqsınız. Ona görə də istefaya getməlisiniz. Necə cürət edirsiniz bizim ölmüş məsləkdaşımızı təhqir etməyə? Hələ bir brifinq keçirir və onu başqa-başqa şeylərdə ittiham edirsiniz. Siz istefa verməlisiniz”.

“Leksonun qarşısında söz veririəm ki, bu işi sonacan aparacağıq”

Lekso Laşkarava başına gələnlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etməyi düşünürmüş Bu barədə xəstəxanadan çıxdığı gün həmkarı İnga Grigolia ilə danışıb:

“Mənə dedi ki, bu işi axıradək aparmaq lazımdır. İndi mən burada ölmüş Leksonun qarşısında söz veririəm ki, biz bu işi sonacan aparacağıq. Biz bir daha ölmüş Leksonu möhkəm alqışlayaq və bununla nə qədər çox olduğumuzu göstərək. Görsünlər ki, biz onların uydurmalarına inanmayacağıq”.

Image from iOS (7).jpg
İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

“Hökumətin heç bir tədbirini işıqlandırmayacağıq”

“Pirveli”nin digər jurnalisti Eka Mişveladze də çıxışında Baş nazir İrakli Garibaşvilinin istefasını tələb edib. Bildirib ki, bundan sonra hökumətin heç bir tədbirini, açıqlamasını tirajlamayacaqlar:

“Mən söz verirəm ki, bundan sonra Leksonun ölümündən başqa heç nəyi işıqlandırmayacağam. Artıq bu ölkədə jurnalistləri iş başında öldürürlər. Baxın, Leksonu da öldürdülər. Siz bu ölümü heç bir mətbuat konfransı ilə ört-basdır edə bilməzsiniz. Yalanlarınız artıq bitməlidir”.

Image from iOS (5).jpg
İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

“Qəzəbli medianın nəyə qadir olduğunu görəcəksiniz”

Eka Mişveladze bundan sonra hökumətə qəzəbli medianın nəyə qadir olduğunu göstərəcəklərini söyləyib:

“O media ki sizin qeydinizə qalırdı, sizi efirə dəvət edirdi, ancaq siz gəlmirdiniz. Mediaya təpik vurmaqdan başqa heç nə ilə məşğul olmurdunuz. Ən sonda isə 36 yaşlı bir gənci işini gördüyü üçün vurub öldürdünüz. 9 il ərzində heç kimin sizə edə bilmədiyini indi biz media olaraq edəcəyik”.

Parlament binasının önündə Lekso Laşkaravanı anmaq üçün şamlar və güllər də düzülüb. Mitinqə yüzlərlə insan qatılıb. Bir müddətdən mərkəzi Rustaveli prospekti də insanlarla dolub və yol bağlanıb. Mitinqi müşahidə edən polislər heç bir müdaxilə etməyiblər.

Image from iOS (4).jpg
İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

Nələr olmuşdu?

İyulun 5-də Tbilisidə əsas Rustaveli prospektində LGBTQ+ vətəndaşlar Pride Həftəsinin yekun tədbiri olan qürur yürüşü keçirilməli idi. Amma bunun əvəzinə bütün günü prospektdə radikal homofob və ultra-sağ qrupların görünməmiş zorakılıqları yaşanıb.

Bir neçə saat ərzində daşlarla və dəyənəklərlə silahlanmış yüzlərlə radikal jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını döyüb. Onlar Tbilisinin müxtəlif yerlərindən keçib, qeyri-hökumət təşkilatlarının ofislərində axtarış aparıb, dağıdıb və talan edib və LGBTQ+ bayraqlarını yandırıblar.

Həmin zaman Avropa İttifaqının bayrağı da nümayişkaranə şəkildə yandırılıb.

O gün 55 nəfər, o cümlədən 53 jurnalist bu iğtişaşlardan sonra xəstəxanalıq olub. Homofob qruplar isə bundan sonra parlament qarşısında bayram keçirib, rəqs ediblər.

Jurnalistlər və ekspertlər bildirirlər ki, iyulun 5-də baş verən zorakılığın təşəbbüskarı Gürcüstan Patriarxlığı, təhrikçisi isə hökumət olub. “Bu hadisələr vətəndaş cəmiyyətinə, demokratiyaya və Avropa dəyərlərinə qarşı müharibə kimi təsbit edilməlidir”, – qeyri-hökumət təşkilatları və jurnalist qurumları bəyan edib.

Image from iOS (3).jpg
İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

Hazırkı mərhələdə iş üzrə 25 nəfər, o cümlədən də 19 jurnalist və operator zərərçəkmiş qismində qeydə alınıb. İndiyə qədər 13 nəfər saxlanılıb.

İyulun 5-də Rustaveli prospektinə toplananlar arasıda Bodbe yepiskopu Jakob da olub.

O, jurnalistlərə açıqlamasında LGBTQ + vətəndaşların “Qürur Yürüşü“nün keçirilməsini Abxaziya və Tsxinvali bölgəsinin Rusiya tərəfindən işğal edilməsindən daha pis olduğunu bildirib: “Gürcüstan yenə də bu bölgələr üzərində nəzarəti bərpa edəcək. Ancaq belə yürüşlər Gürcüstan xalqının mənəviyyatına, ənənələrinə düzəlməz zərər verəcək”.

Image from iOS (2).jpg
İyulun 11-də Tbilisidə Parlament binasının önündə “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə bağlı etiraz aksiyası keçirilib.

Hələ yürüşdən öncə Baş nazir İrakli Garibaşvili paytaxtın mərkəzində keçirilməsi planlaşdırılan “Qürur Yürüşü“nü məqsədəuyğun saymamışdı.

Bildirmişdi ki, yürüş vətəndaş qarşıdurmasına səbəb ola bilər: “Bura Gürcüstandır, bizim ənənələrimiz, qaydalarımız var”, – deyə nazir bildirmişdi.

O əlavə etmişdi ki, əhalinin əksəriyyəti aksiyaya qarşıdır, amma bütün vətəndaşların konstitusion hüquqları qorunacaq.

Ana səhifəSiyasətTbilisidə aksiya: Jurnalistlər hökumətin və baş nazirin istefasını tələb edir