Tbilisidə 15 yaşlı yeniyetmə polisdə dindirildikdən sonra intihar edib

Yazılar dəhlizlərin, siniflərin divarlarında, yazı taxtalarının, şkafların və hətta divarlardan asılmış xəritə və şəkillərin üstündə əks olunmuşdu.

Source: Facebook

Məqalə

JAMnews

saytında dərc olunub



Müstəntiq saxlanılıb. İctimai fəallar mitinqlər keçirir və ədalətli araşdırma, bütün təqsirlilərin cəzalandırılmasını tələb edirlər

15 yaşlı Luka Sirazde dekabrın 11-də Tbilisidə özünü yaşayış evinin doqquzuncu mərtəbəsindən atdıqdan bir həftə sonra dünyasını dəyişib. Yeniyetmənin vəkilləri və valideynləri iddia edirlər ki, Lük polisdə zorakılığa məruz qalıb, faciəyə birr gün qalmış onu orada bir neçə saat dindiriblər.

Yeniyetmənin yatdığı xəstəxananın, sonra isə dindirildiyi polis məntəqəsinin qarşısında dekabrın 17-si axşamdan etibarən fəalların aksiyası keçirilir. Onlarla insan gül və şam gətirir, ədalətli araşdırma və oğlana təzyiq göstərilməsində bütün təqsirlilərin cəzalandırılmasını tələb edirlər.

Yeniyetməni dindirmiş müstəntiq qadın saxlanılıb.

ezgif.com-webp-to-jpg.jpg
Luka Siradze

Luka Siradzenin faciəli hekayəsi dekabrın 9-da başlayıb.

Dekabrın 9-da səhər Tbilisidəki “Green School” özəl məktəbində dərsə gələn şagirdlər və müəllimlər bir neçə yerdə qəribə məzmunlu böyük qırmızı yazılarla rastlaşdılar.

Yazılar dəhlizlərin, siniflərin divarlarında, yazı taxtalarının, şkafların və hətta divarlardan asılmış xəritə və şəkillərin üstündə əks olunmuşdu.



Bu həyatın anasını” – bir çox yerlərdə iri qırmızı hərflərlə yazılmışdı.

Daha bir mətn isə bundan ibarətdir: “

Bacarırsan, tut məni

”.

Nəzi yazılar ingilis dilində olub və onlar senzuradan kənar kəlmələrdən ibarət olub. Həmçinin aydın olmayan heroqliflərə və işarələrə rast gəlinib.

Məktəbin direktoru Bakur Sulakauri deyib ki, məktəbdə quraşdırılmış videokameralar da rəngə bulaşdırılıb. Buna görə də, dərhal araşdırmaya başlamış məktəbin mühafizə xidmətinin əməkdaşları məktəbə daxil olmuş şəxsin kimliyini müəyyənləşdirə bilməyiblər.



Bundan sonra biz qanuna müvafiq hərəkət etmişik. Biz polisə müraciət etməyə borcluyuq, çünki bu, uşaqların təhlükəsizliyi məsələsidir”,

– Bakur Sulakauri özünün “Facebook” səhifəsində yazıb.

Polis məktəbin ətraf ərazisində quraşdırılmış kameralarn videoyazılarını öyrənərək, elə həmin gün məktəbə daxil olmuş şəxsi müəyyənləşdirib. Araşdırma belə nəticəyə gəlib ki, bu, məktəbin 10-cu sinfinin keçmiş şagirdi Luka Siradzedir.

İlkin olaraq müəyyən edilib ki, o, gecə vaxtı məktəbə gəlib və yazıları tək yazıb.

Dekabrın 10-da Luka Siradze saxlanılıb.

Luka Siradze “Green School”da cəmi bir neçə ay təhsil alıb, sonradan ailəsi onu dövlət məktəbinə keçirib. Məktəbin rəhbərliyi və müəllimləri deyirlər ki, nə onun, nə də ailəsinin rəhbərliklə, müəllimlərlə və ya şagirdlərlə heç bir problemi olmayıb.


«Müşahidə kameralarının yazılarında görünür ki, o, qaranlıqdan çıxır və məktəbə tərəf yönəlir. Heç cür izah edə bilmirik ki, bunu niyə edib, mat-məəttəl qalmışıq»,

— məktəbin direktoru “Azadlıq radiosu”na



müsahibəsində



deyib.


Polis şöbəsində nə baş verib

Luka Siradze polisdə iki dəfə dindirilib.

Ailə vəkili Rezo Acaradzenin dediyinə görə, dekabrın 10-da Luka Siradze anası ilə birlikdə axşam saat 5-də polis şöbəsinə aparılıb və onlar burada axşam saat 11-ə qədər qalıblar.


Dindirilmədə bir neçə polis əməkdaşı iştirak edib. Vəkil deyir ki, oğlanı təhqir və təhdid ediblər.

Dindirilmədə həmçinin polis şöbəsinin rəisi iştirak edib. Oğlanın anası bildirir ki, o, uşağı bir neçə dəqiqəliyə otaqdan çıxarıb. Kula otağa qayıdarkən gözləri yaşarıbmış.

Oğlanın anasına istinad edən vəkil



“Publika” nəşrinə



bildirib ki, oğlana çox güclü təzyiq göstərilib, ana özü də qorxub.


Lakin Luka öz günahını etiraf etməyib.

Onu axşam gec saatlarda evə buraxıblar, dekabrın 11-i səhər isə dindirilmə yenidən davam etdirilib. Yeniyetmə yenə günahını etiraf etməyib. Anasının sözlərinə görə, belə olduqda müstəntiqlər deyiblər ki, bu halda “işi lazım bildikləri kimi araşdıracaqlar”.


İşi nəzarətə götürmüş Gürcüstan Gənc hüquqşünaslar assosiasiyası iddia edir ki, hədələr və təhdidlər yeniyetməni elə bir vəziyyətə gətirib ki, o, həkimin çağırılmasını xahiş edib. Lakin ona tibbi yardım göstərilməyib.

Luka polis məntəqəsindən evə dekabrın 11-i günorta qayıdıb. Saat 15:00-da evdən çıxıb. İki saat yarımdan sonra isə o, yaxınlıqda yerləşən yaşayış evlərindən birinin doqquzuncu mərtəbəsindən tullanıb.


Polis nə deyir

Gürcüstan Daxili İşlər Nazirliyi yeniyetməyə təzyiqin göstərilməsini qətiyyətlə rədd edir.

Həmçinin ananın Lukanın otaqdan müəyyən müddətə çıxarılması barədə dedikləri rədd edilir.

Lakin sonradan DİN məlumat verib ki, Luka Siradzenin işi ilə əlaqədar iki poli əmıkdaşı vəzifəsindən çıxarılıb. Dekabrın 17-də isə yeniyetmənin ölümü mlum olduqdan bir neçə saat sonra DİN təmsilçiləri brifinq keçiriblər və müstəntiqin barəsində araşdırmanın başlandığını bildiriblər.

Söhbət müstəntiq Marianna Çoloyandan gedir. Hüquq müdafiəçiləri bildirirlər ki, bu müstəntiq əvvəllər də xüsusi qəddarlığı ilə seçilib və onlar dəfələrlə müstəntiq qadının vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.


Məktəbin müdiriyyəti polisin cəlb olunmasında ittiham edilir


Sosial şəbəkələrin Gürcüstan seqmentində o cümlədən “Green School” müdiriyyətinə qarşı kampaniya başlayıb. Bir çoxları deyirlər ki, onlar polis çağırmalı deyildilər. Bunun yerinə sosial xidmətə və psixoloqa müraciət olunmalı idi.

Lakin məktəbin direktoru Bakur Sulakauri buna cavab iolaraq bildirir ki, məktəb özü ora kimin daxil olduğunu və yazıları qeyd etdiyini aydınlaşdıra bilməyib.


«Biz bilmirdik ki, söhbət yaşlı adamdan, yoxsa yeniyetmədən gedir və heç cür bilə bilməzdik ki, burada psixoloji yardım lazımdır, ya yox. Biz məktəbin bütün şagirdlərinin təhlükəsizliyini qoruyurduq»,

— məktəb direktoru deyir.


«Aydındır ki, Gürcüstan cəmiyyəti polisə etibar etmir və bu, böyük problemdir»,

— uşaq psixiatrı Maya Tsiramua bildirir.

O hesab edir ki, məktəbin təkbaşına binaya kimin daxil olmasını aydınlaşdıra bilmədiyi konkret vəziyyətdə müdiriyyətin polis çağırmaqdan başqa çıxış yolu yox idi.

Psixoloq deyir ki, ən vacib olan polis əməkdaşlarının özlərini necə apardıqlarını aydınlaşdırmaq və təqsirkarları cəzalandırmaqdır.

Lakin bu da aydınlaşdırılmalıdır ki, uşaq niyə gecə vaxtı divarları yazmaq üçün məktəbə gəlib.


«Əgər bu, etiraz idisə. Nəyə qarşı idi və niyə məhz bu məktəbdə? Biz mütləq əslində nə baş verdiyini aydınlaşdırmalıyıq ki, bu cür hadisə gələcəkdə təkrarlanmasın»,

— Tsiramua özünün “Facebook” səhifəsində yazıb.

Ana səhifəDünyaTbilisidə 15 yaşlı yeniyetmə polisdə dindirildikdən sonra intihar edib