Taxılın məhsuldarlığı 0.8 sentner azalıb

Nazirlik: ”Orta məhsuldarlığın azalması əlverişsiz hava şəraiti ilə bağlıdır”

Source:


Nazirlik: ”Orta məhsuldarlığın azalması əlverişsiz hava şəraiti ilə bağlıdır”

Avqustun 1-i üçün Azərbaycanda 944 min hektar sahədən məhsul yığılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 44 min hektar çoxdur.

“Turan” agentliyi Dövlət Statistika Komitəsinə istinadən yazır ki, dənli bitkilərin 1 hektardan məhsuldarlığı 0.8 sentner azalıb.

Avqustun əvvəli üçün taxılyığanlar əkin sahələrinin 98.2%-dən məhsul yığıb. Orta məhsuldarlıq 29.7 ha/s-dir.

Bu il 2.8 mln ton taxıl yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 2% çoxdur. Artım əkin sahələrinin artması hesabınadır.

Saatlı və Sabirabad rayonlarında orta məhsuldarlıq hektardan 41.6 və 38 sentner olub.

Kənd Təsərrüfatı Nazirliyindən “Turan” agentliyinə deyiblər ki, orta məhsuldarlığın azalması əlverişsiz hava şəraiti ilə bağlıdır. Nazirlikdən qeyd ediblər ki, 2016-cı ildə idxal buğdasından asılılıq azalacaq. Bu il ərzaq taxılı istehsalı 1 mln 843 min tondur. 2015-ci ilin eyni dövründə bu göstərici 1.7 mln ton olub.

2015-ci ildə Azərbaycan Rusiya və Qazaxıstandan 1 mln 353 min ton buğda alıb.

Ana səhifəXəbərlərTaxılın məhsuldarlığı 0.8 sentner azalıb