O, sonuncu dəfə RATİ ilə bağlı bu il yanvarın sonlarında ifadə verib
Oktyabrın 2-də Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Tatyana Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində RATİ-nin işi ilə bağlı bəzi sənədləşmə materialları ilə tanış olub.
Bu barədə “Turan İA”-a T.Kryuçkinanın özü bildirib.
O, bir saatadək prokurorluqda olub.
“Mənə qarşı normal münasibət oldu və bəzi sənədləri imzaladıqdan sonra azad buraxıldım”, – o qeyd edib. T. Kryuçkina indiyədək bir neçə dəfə “QHT işi” ilə bağlı dindirilib. Sonuncu dəfə bu məsələ ilə bağlı bu il yanvarın sonlarında ifadə verib.