Bakının ev sahibliyi edəcək İslam həmrəliyi oyunlarına cəmi 1 at qalıb. Biz bu oyunlara artıq 230 milyon dollar ayrıldığını bilirik, amma nə qədər xeyir gətirəcəyini bilmirik. Bizi inandırırlar ki, burda xeyir pulla yox, dəyərlə ölçülür. Bu, dünyaya bizim islam dəyərlərinə sahib çıxdığımızı nümayiş etdirmək üçündür. Məhz bu ərəfədə və bunu nümayiş etdirmək üçün milyonlar sərf olunduğu bir vaxt paytaxtda 19-cu əsrdən qalma bir məscid – Hacı Əbdürrəhim bəy Qulubəyov məscidi söküldü – indo o, artıq yoxdur. 19-cu əsrdən qalma daha bir tarixi abidə – “Hacı Cavad” məscidi isə sökülmək üzrə idi, lakin icma nümayəndələri və sakinlər buna inkan vermədilər.
Necə olur ki, dövlət tərəfindən mühafizə olunmalı olan tarixi və mədəni abidələr siyahıdan çıxarılaraq sökülür? “Hacı Cavad” məscidini də eyni aqibət gözləyirmi? Məscidin icma rəhbərlərindən biri Kənan Əzizov, Tarixi və mədəni abidələrin qorunması üzrə QHT İctimai Nəzarət Komitəsinin sədri Aytəkin İmranova və hüquq müdafiəçisi Oktay Gülalıyevlə müzakirə edirik.
ƏN ƏSASI Sevinc Osmanqızı ilə.