Tarixçi Şirməmməd Hüseynov vəfat edib

Professor daha çox ADR, Rəsulzadə barədə tədqiqatları ilə tanınırdı

Source: Sputnik

Azərbaycanlı tarixçisi Şirməmməd Hüseynov 95 yaşında vəfat edib. Bakı Dövlət Universitetindən verilən məlumata görə, tarixçi iyunun 24-də həyatla vidalaşıb.

Şirməmməd Hüseynov Azərbaycanın mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru olub. O, Azərbaycan Demokratik Respublikası, Məmmədəmin Rəsulzadə barədə tədqiqatları ilə tanınırdı, bir çox kitabların müəllifidir.

Ana səhifəXəbərlərTarixçi Şirməmməd Hüseynov vəfat edib