Tarif Şurası test imtahanlarına qiymət qoyacaq

Nazirlər Kabineti “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı”nda dəyişiklik edib

Source:


Nazirlər Kabineti “Qiymətləri dövlət tərəfindən tənzimlənən malların Siyahısı”nda dəyişiklik edib

“Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası müəyyənləşdirəcək”, – Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edib.

Təhsil sahəsində keçirilən bütün test imtahanlarının iştirak qiymətləri Tarif Şurası tərəfindən tənzimlənən malların siyahısına daxil edilib.

Dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanının və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli fərmanının icrasını təmin etmək məqsədi daşıyır. Həmin fərmanlarla bu sahədə səlahiyyətlər Tarif (qiymət) Şurasına həvalə edilib.

Ana səhifəXəbərlərTarif Şurası test imtahanlarına qiymət qoyacaq