Tarif Şurası: 9850 dərman vasitəsinin qiyməti təsdiq olunub

”Qərar olmadan təsdiq edilən dərman vasitələrinin qiymətlərində dəyişiklik etmək, o cümlədən qiyməti bahalandırmaq mümkün deyil”

Source:


”Qərar olmadan təsdiq edilən dərman vasitələrinin qiymətlərində dəyişiklik etmək, o cümlədən qiyməti bahalandırmaq mümkün deyil”

“Tarif Şurası dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiymətini təsdiq edib, 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilmiş qiymətləri isə 2016-cı il sentyabrın 1-də qüvvəyə minəcək”.

APA yazır ki, Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin bahalandırılması ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət açıqlayıb.

Tarif Şurasından bildirilib ki, qurumun qərarı olmadan təsdiq edilən dərman vasitələrinin qiymətlərində dəyişiklik etmək, o cümlədən bahalandırmaq mümkün deyil.

Avqustun 15-də iqtisadçı ekspert Rövşən Ağayev Dövlət Statistika Komitəsinə istinadən bildirmişdi ki, 2016-cı ilin yanvar-iyul aylarında dərmanların qiyməti 34 %, tibbi təyinatlı digər məhsulların qiyməti isə 24 % bahalanıb.

Dərman vasitələrinin qiymətləri Taarif Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib:


http://tariff.gov.az/documents/DVA.pdf

Ana səhifəXəbərlərTarif Şurası: 9850 dərman vasitəsinin qiyməti təsdiq olunub