Tanınmış yazıçılar Leyla Yunusun müdafiəsinə qoşuldular

Çingiz Hüseynov və Rüstəm İbrahimbəyov Cəmil Həsənliyə müraciətlərində münasibətlərini açıqlayıblar.

Source:


Çingiz Hüseynov və Rüstəm İbrahimbəyov  Cəmil Həsənliyə müraciətlərində münasibətlərini açıqlayıblar.

Azərbaycanın tanınmış ziyalıları Çingiz Hüseynov və Rüstəm İbrahimbəyov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun Müdafiə Komitəsinə qoşulublar.

Meydan TV-yə məlumat Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki,  hazırda İsraildə yaşayan Çingiz Hüseynov ona göndərdiyi məktubda bu barədə yazıb.

Çingiz Hüseynov məktubunda bildirib ki, o, Leyla Yunusun həbsindən və onun həyat yoldaşı Arif Yunusovun təhdidlərə məruz qalmasından dərindən narahat olub: “Mən hər iki şəxsi vicdanlı , təmiz adam kimi tanıyıram”.

O, baş verənlərdən təəssüflənib və bu istiqmətdə aksiya edən insanlara dəstəyini ifadə edib.

Rüstəm İbrahimbəyov isə Cəmil Həsənli ilə telefonla əlaqə saxlayaraq dəstəyini bildirib və komitəyə qoşulduğunu deyib.

Ana səhifəXəbərlərTanınmış yazıçılar Leyla Yunusun müdafiəsinə qoşuldular