“Həbsxanada Leyla Yunusla haqq-hesab çəkilməsi ilə bağlı qorxunc faktlardan sarsılmışam. Ölkəmə görə xəcalət çəkirəm. Nə baş verir?”
Tanınmış mədəniyyət xadimləri – yazıçı Çingiz Hüseynov və kinodramaturq Rüstəm İbrahimbəyov Leyla Yunusa qarşı zorakılıqla bağlı “Turan İA” agentiynə müraciət göndəriblər.
“Leyla Yunusun müdafiəsi ilə bağlı aksyaya qoşuluram. Yəqin, mənim də səsim eşidiləcək.
Dünyada tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşına qarşı hakimiyyətin amansız özbaşınalığının davam etdiyi şəraitdə susa bilmərəm.
Normal cəmiyyətlərdə və dövlətlərdə başqa, daha sivil qaydada həbs, vətəndaş günahkardısa məhkəməyə qədər onun təcrid edilməsi formaları var.
Həbs o demək deyil ki, insan özbaşına, köməksiz buraxılıb, onu cəzasız olaraq döymək, ələ salmaq, ləyaqətini alçatmaq olar.
Lakin bunlar indiki halda Leyla Yunusla baş verir və mənim buna heç şübhəm yoxdur, çünki cəzasızlıq sisteminin məntiqi belədir.
Mən öz həmyerlilərimin əvəzinə utanıram.
Nə vaxta qədər öz amansız davranışlarımızla dünya birliyini heyrətləndirəcəyik?
Çingiz Hüseynov. 26 sentyabr 2014-cü il.
“Həbsxanada Leyla Yunusla haqq-hesab çəkilməsi ilə bağlı qorxunc faktlardan sarsılmışam. Ölkəmə görə xəcalət çəkirəm. Nə baş verir?
Uzun tarixi inkişaf yolundan orta əsrlər yaşam tərzinə keçmişik. Hakimiyyət həyatnı öz vətəndaşlarının müdafiəsinə həsr edən insanları azadlıqdan, elementar məhbus hüquqlarından məhrum edir.
Leyla Yunusa qarşı zorakılıq hakimiyyətin vicdanı və yaşadığı ölkəyə görə məsuliyyət hissi olan hər kəsə qarşı düşünülmülş zorakılığıdır.
Hörmətli Leyla xanımın hüquqlarını Müdafiə Komitəsinin bütün qərarlarına qoşuluram və bundan artıq bir şey edə bilmədiyimə görə çox təəssüflənirəm”.
Rüstəm İbrahimbəyov