Gecə saatlarında qaldığı oteldə halı qəfildən kəskin şəkildə pisləşib. Həkimlərini səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb
Tanınmış politoloq, minval.az saytının redaktoru Zəfər Quliyev yanvarın 29-da səhər saatlarında Tiflisdə dünyasını dəyişib.
62 yaşlı Z.Quliyev ürək çatışmazılığından əziyyət çəkib. Tiflisə müayinəyə gedən Z.Quliyevə həkimlər təcili əməliyyat olunmağı tövsiyə ediblər. Amma Z.Quliyev buna tərəddüd edib. Gecə saatlarında qaldığı oteldə halı qəfildən kəskin şəkildə pisləşib. Həkimlərini səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları Z.Quliyevin cənazəsini gətirmək üçün Tiflisə yola düşüblər.
*Zəfər Quliyev müxtəlif illərdə Azərbaycanın müxtəlif qurumlarında və KİV-də çalışıb. 10 ilə yaxın “Turan İA”-ın analitik qrupuna daxil olub.