13:56 İntiqam Əliyev mətbuata açıqlama verib ki, ona qarşı təqsirləndirilən şəxs qismində ittiham irəli sürülüb. O, əlavə edib ki, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı repressiya aparılır. İ. Əliyev jurnalistlərdən xahiş edib ki, onun yox, digər məhbuslarının vəziyyəti ilə maraqlansınlar.
Son məlumata görə, İntiqam Əliyevi Ağır Cinayətlərə dair İdarədən ofisinə aparıblar, onun iştirakı ilə axtarış aparmaq üçün.
***
İntiqam Əliyevin qızı Nərmin Əliyeva Meydan TV-yə bildirib ki, axtarış davam edir: “Axtarış prosesini vəkil Anar Qasımlı müşahidə edir. Onlar axtarış üçün məhkəmənin qərarını da göstəriblər”.
***
Lakin vəkil Cavad Cavadov hüquqşünasın nə üçün saxlandığını hələ bilmir
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev şahid qismində saxlanılıb. Tanınmış hüquqşünas Baş Prokororluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparılıb.
Meydan TV-yə bu barədə məlumat verən vəkil Cavad Cavadov bildirdi ki, İntiqam Əliyev onu dindirilmədə vəkil kimi iştirakını istəyib: “Mən hazırda idarəyə daxil oluram, yəqin ki, yaxın saatlarda məlumat verəcəm, hələ əhatəli heç nə deyə bilmərəm”.
Son məlumata görə, İntiqam Əliyevin mənzilində axtarış aparılır.