Taliblər Əfqanıstanda siyasi partiyaların fəaliyyətini qadağan edir

Abdul Xakim Şarai. Videodan screenshot

“Vlast.kz”nın materialı

Onlar həmçinin yeni Konstitusiyanın qəbul olunacağını bildiriblər 

Ədliyyə nazirinin vəzifəsini icra edən Abdul Xakim Şarai ölkədə hər hansı bir şəxsin və ya qrupun siyasi partiya idarə etməsinə imkan verməyəcəyini deyib, – “TOLOnews” xəbər verib.

O, həmçinin bəyan edib ki, Əfqanıstanın əvvəlki hökumətinin Konstitusiyası islam şəriətinə əsaslanmadığı üçün yenisi yaradılacaq.

“Bizim təcrübəmiz göstərib ki, bu siyasi partiyalar ölkənin hazırkı bərbad vəziyyətinin yeganə səbəbidir. Onlar şəriətə əsaslanmır, milli maraqları müdafiə etmir və insanlar həmin partiyaları istəmirlər. Odur ki, bu, tamamilə qadağan olunmuş maddədir və biz heç bir halda ona icazə verməyəcəyik”, – Şarai qeyd edib. 

Partiya liderləri bəyan ediblər ki, siyasi partiyalar millət üçün zəruridir və bu səbəbdən də ölkənin hazırkı hakimiyyətini onların fəaliyyətinə mane olmamağa çağırıblar.

 Əfqanıstanın İntellektual Partiyasının sədri və siyasi fəal Salim Paygir qeyd edib ki, əgər ədliyyə naziri “Texrik” və ya “Taliban” partiyasının üzvü olmasaydı, bu gün ədliyyə naziri kimi fəaliyyət göstərə bilməzdi. 

Hüquqşünasların dediyinə görə, partiyaların fəaliyyəti böyük əhəmiyyət kəsb edir və onlar hökumətin işlərinə daha effektli şəkildə nəzarət edə bilər. 

Sabiq hökumətin ədliyyə naziri Əfqanıstanda 73 siyasi partiyanın fəaliyyətinə icazə verib. Lakin indiyədək bu partiyaların liderlərinin çoxu başqa ölkələrə köçüb və orada yaşayır.

Ana səhifəDünyaTaliblər Əfqanıstanda siyasi partiyaların fəaliyyətini qadağan edir